"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub
"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında qalib gəlib.
"Cebheinfo.az" xəbər verir ki, 3-4 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin görüşləri keçirilib.
Azərbaycanı bu mərhələdə təmsil edən "Neftçi" qrup lideri kimi 1/4 finala yüksəlib. "Neftçi" 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.
Finalda güclü Kanada yığması ilə üz-üzə gələn təmsilçimiz, gərgin mübarizənin yekununda 9:15 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin qalibi olub.
Turnirin ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.
"Cebheinfo.az"

