Harri Keynə fəxri ad veriləcək?

Harri Keynə fəxri ad veriləcək?

Böyük Britaniya parlamentinin Liberal Demokratlar Partiyasından olan üzvü Leyla Moran İngiltərə yığmasının kapitanı Harri Keynə "Cəngavər" titulu verilməsi təşəbbüsü ilə çıxış edib.

"Report" partiyanın rəsmi saytına istinadən xəbər verir ki, deputat təkliflə Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə əsas namizəd Endi Bernemə müraciət edib.

Deputat Harri Keynin həm meydanda, həm də onun hüdudlarından kənarda İngiltərəni böyük edən dəyərləri müdafiə edərək ilhamverici liderlik keyfiyyətləri göstərdiyini vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı hücumçu DÇ-2026-da keçirdiyi 4 matçda 5 qol vurub.

Onun Konqo DR yığmasının qapısına vurduğu 2 top ingilisləri 1/8 finala yüksəldib və bu mərhələdə eleslər Meksika komandası ilə qarşılaşacaqlar.

Keyn daha əvvəl yığmanın heyətində dünya çempionatlarında vurulan qolların sayına görə mütləq rekord müəyyənləşdirib.

"Cebheinfo.az"