Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
İyulun 4-də Yardımlı Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında Cənub bölgəsi üzrə region birinciliyi keçirilib.
"Cebheinfo.az" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, turnirdə 8 klub və idman cəmiyyətindən 55 cüdoçu mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.
Mükafatçıları təqdim edirik:
Qızlar
48 kq
1. Nəslihan Kırşanlı (Mübarizlər PİK)
2. Firuzə Abdurəhimli (Lənkəran OİK)
3. Nuray Nəsirova (Lənkəran OİK)
52 kq
1. Ruqayyə Əlizadə (Lənkəran OİK)
57 kq
1. Aysun Seyidova (Lənkəran OİK)
Oğlanlar
50 kq
1. Ramil İbrahimov (Salyan)
2. Seymur Süleymanov (Salyan)
3. Hacıəmən Novruzlu (Biləsuvar OİK)
3. Miryusif Hüseynli (Masallı)
55 kq
1. Yaşar Zeynallı (Lənkəran OİK)
2. Murad Səfərəliyev (Lənkəran OİK)
3. Elcan Məmmədov (Lənkəran OİK)
3. Sadiq Ağazadə (Masallı)
60 kq
1. Lətif Xanmədli (Masallı)
2. Məhdi Quluzadə (Lənkəran OİK)
3. Dəniz Məcidli (Masallı)
3. Əli Əlizadə (Lənkəran OİK)
66 kq
1. Baqir Ağazadə (Masallı)
2. Yusif Dadaşlı (Şirvan)
3. İbrahim Natiqli (Biləsuvar OİK)
73 kq
1. Hüseyn Əzizov (Lənkəran OİK)
2. Hüseyn Talıbzadə (Lənkəran OİK)
90 kq
1. Əli Əsədzadə (Masallı)
+90 kq
1. Elgün Qasımov (Lənkəran OİK)
2. Kərim Kərimli (Masallı)
"Cebheinfo.az"

