Naxçıvanda UFC döyüşçüsü Fərman Həsənovun ustad dərsi keçirilib - FOTOLAR

Naxçıvanda UFC döyüşçüsü Fərman Həsənovun ustad dərsi keçirilib - FOTOLAR

UFC döyüşçüsü Fərman Həsənov Naxçıvanda idmançılar üçün ustad dərsi keçib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə F. Həsənov peşəkar idman karyerası, beynəlxalq yarışlarda qazandığı təcrübə və UFC-yə gedən yol haqqında iştirakçılarla söhbət edib.

O, gənclərə davamlı məşqin, məqsəd və nizam-intizamın, öz üzərində daim çalışmağın uğurun əsas şərtləri olduğunu bildirib, onları böyük hədəflər uğrunda əzmlə çalışmağa çağırıb.

İdmançının məşqçiləri Heydər Məmmədəliyev və İbrahim Məmmədəliyev də çıxış edərək peşəkar idmançı hazırlığında düzgün məşq prosesinin, sağlam həyat tərzinin və yüksək mənəvi keyfiyyətlərin vacibliyini vurğulayıblar.

Görüş çərçivəsində F. Həsənov müxtəlif döyüş vəziyyətlərində tətbiq olunan texniki fəndləri və düzgün reaksiya üsullarını nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb və onlara tövsiyələr verib.

Xatırladaq ki, Naxçıvan MR-nin gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Fərman Həsənova fəxri fərman təqdim edib.

"Cebheinfo.az"