Paşinyan ilk işgüzar səfərini Rusiyaya EDƏCƏK

Paşinyan ilk işgüzar səfərini Rusiyaya EDƏCƏK

Rusiyanın Baş naziri Mixail Mişustin Yekaterinburqda keçiriləcək "İnnoprom" beynəlxalq sənaye sərgisi çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

“Cebheinfo.az” xəbər verir ki, məlumatı Rusiya hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, 5-6 iyul tarixlərində Mixail Mişustin 16-cı "İnnoprom" Beynəlxalq Sənaye Sərgisində iştirak üçün Sverdlovsk vilayətinə işgüzar səfər edəcək.

Mişustin 6 iyulda keçiriləcək "Sənaye 360: Sərhədsiz İstehsal" sərgisinin plenar iclasında çıxış edəcək.

"Plenar iclasda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Baş naziri Aleksandr Turçin, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov və Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri və Qırğızıstan Respublikası Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev iştirak edəcək", - hökumətin mətbuat xidməti bildirib.

Mişustin, həmçinin Adilbek Kasımalıyev, Aleksandr Turçin və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

Bu, Paşinyanın yenidən seçilməsindən bəri ilk işgüzar səfəri olacaq. Bu səfər, İranın Ali Lideri Əli Xameneyinin dəfn mərasimində iştirak etmək üçün Tehrana etdiyi əvvəlki səfərlərdən sonra baş tutacaq.

Xəzər
“Cebheinfo.az”