Qəzadan sonra qaçdığı deyilirdi – Yeni görüntülər yayıldı - VİDEO

Qəzadan sonra qaçdığı deyilirdi – Yeni görüntülər yayıldı - VİDEO

Ölümlə nəticələnən yol qəzasına görə məhkum edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) qəza gecəsinə aid daha bir videosu sosial şəbəkələrdə yayılıb.

Musavat.com xəbər verir ki, yayılan görüntülərdə blogerin hadisədən dərhal sonra canlı yayıma qoşulduğu və təcili tibbi yardıma zəng etdiyi iddia olunur.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Bakı şəhərinin Mərdəkan qəsəbəsində baş verib. Gecə saatlarında "Changan" markalı avtomobili idarə edən İlduzə Hacıyeva sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Zərbənin təsirindən "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb.

Nəticədə avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həyatını itirib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.
Cinayət işi üzrə məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan dərhal sonra o, məhkəmə zalında həbs edilərək cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

https://www.tiktok.com/@bir.tk.sn.v/video/7658868121532386568?is_from_webapp=1&sender_device=pc

“Cebheinfo.az”