41 yaşlı kişini maşın vurub öldürdü - FOTO

41 yaşlı kişini maşın vurub öldürdü - FOTO

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü rayon sakini Amid Əsgərovu minik avtomobili vurub. O aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"