Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb.
APA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistanın Baş nazirinin Rusiya hökumətinin sədri Mixail Mişustinlə görüşü də planlaşdırılıb.
"Cebheinfo.az"

