“Azeri Light” bahalaşdı
Dünya xammal birjalarında neftin qiymətində müxtəlif istiqamətli dinamika qeydə alınıb.
“Yeni Sabah” Oil Price-e istinadən bildirir ki, son seansların nəticələrinə əsasən, Azərbaycan nefti bahalaşma tendensiyasını davam etdirib.
Azeri Light (Azərbaycan nefti): 1 barelinin qiyməti 1.06 dollar (1.27%) artaraq 84.22 dollara yüksəlib.
Brent Crude (Etalon markalı neft): 1 bareli 0.08 dollar (0.11%) ucuzlaşaraq 72.04 dollar təşkil edib.
WTI Crude (Nyu-York birjası): 1 barelinin qiyməti minimal 0.11 dollar (0.16%) artımla 68.80 dollara bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin digər aparıcı markalara nəzərən daha yüksək qiymət diapazonunu qoruması ölkənin ixrac gəlirləri baxımından müsbət tendensiyadır.
"Cebheinfo.az"

