Prezident İlham Əliyev Malavi liderini təbrik edib

Prezident İlham Əliyev Malavi liderini təbrik edib

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.

"Cebheinfo.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

"Cebheinfo.az"