Köçəryanın bloku parlamentdə təmsil olunacaq?
İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən mandat qazanan sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku parlamentdə təmsil olunmaq qərarı verib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə blokun yaydığı bəyanatda bildirilib.
"Mandat silahdır və ondan könüllü imtina etmək dövlətimizə və seçicilərimizə qarşı məsuliyyətsizlik olardı", – bəyanatda vurğulanıb.
“Cebheinfo.az”

