Bu avtobuslar ödənişsiz olacaq

Bu avtobuslar ödənişsiz olacaq

Bakıda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl elektrik mikroavtobusları istifadəyə verilib.

Bu barədə “Cebheinfo.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, satlların istiqamətləri bunlardır: C1 - Xaqani bağı - Zərifə Əliyeva küçəsinin sonu, C2 - Sabir bağı - Əziz Əliyev küçəsinin sonu.

Bildirilib ki, bu şatllar həftə sonları və bayram günlərində saat 12:00-00:00 aralığında fəaliyyət göstərəcək.

İnterval isə 7-10 dəqiqə olacaq.

“Cebheinfo.az”