"Beşiktaş" və "Fənərbağça" Romelu Lukaku ilə maraqlanır
Türkiyənin "Beşiktaş" və "Fənərbağça" klubları Belçika millisinin futbolçusu Romelu Lukaku ilə maraqlanır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İtaliya təmsilçisi "Napoli" 33 yaşlı oyunçusu üçün 10 milyon avro istəyir.
Xatırladaq ki, 2024-cü ildən Neapol klubunda çıxış edən Lukakunun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
"Cebheinfo.az"

