Tehranda "qisas bayrağı" qaldırıldı
Tehranda sabiq ali rəhbər Ayətullah Əli Xameneinin vida mərasimi zamanı Böyük Mussalla (İmam Xomeyni) məscidinin günbəzində “qisas bayrağı” qaldırılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
“Mərasim zamanı İmam Xomeyni ziyarətgahının günbəzində üzərində “Ey Hüseynin Qisasçıları” yazısı olan qırmızı bayraq qaldırılıb”, - məlumatda bildirilib.
Bayraq sonuncu dəfə 1 martda, ABŞ və İsrailin raket zərbəsi nəticəsində Xameneinin ölümü ilə bağlı xəbərlərdən sonra qaldırılmışdı.
“Cebheinfo.az”

