Bakıda kişi arvadına mesaj yazan şəxsi öldürüb - TƏFƏRRÜAT

Bakıda kişi arvadına mesaj yazan şəxsi öldürüb - TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, Qobustan qəsəbəsində 1983-cü il təvəllüdlü A.Şahmuradovu idarə etdiyi avtomobillə vuraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü A.Nağıyevin qardaşı Vasif "Teleqraf"a bildirib ki, qardaşı A.Şahverdiyevə qəsəbəni tərk etməyi tapşırıb.

Lakin o qəsəbəni tərk etməyib. Onun sözlərinə görə, A.Nağıyev həyat yoldaşına qeyri-etik mesaj yazan A.Şahverdiyevi məhz buna görə öldürüb.

09:24

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

"Cebheinfo.az""Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.

Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"