Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb - FOTOLAR
Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarından etibarən leysan xarakterli yağış və güclü külək nəticəsində rayonun Marsan kəndində, avtomobil yolunun kənarında ağaclar və elektrik dirəkləri aşıb, bəzi tikililərin dam örtüyü uçub, kəndə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir. Aidiyyəti qurumların əməkdaşları işlər aparırlar.
"Cebheinfo.az"

