Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi: “Mənim üçün dua edin” - VİDEO

Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi: “Mənim üçün dua edin” - VİDEO

Müğənni Kəmalə Günəşli xəstəxanadan paylaşım edərək əməliyyata girəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, ifaçı videoda bunları deyib:

"Sabahınız xeyir, dəyərli izləyicilərim. Bu gün, iyulun 6-da əməliyyata girirəm. Buna görə də bir müddət paylaşımlarımda fasilə olacaq. İnşallah, qısa zamanda yenidən sizinlə birlikdə olacağam.

Mənim üçün dua etməyinizi xahiş edirəm. Əməliyyatdan sonra baş verən yenilikləri də sizinlə bölüşəcəyəm. Həkimimlə bağlı da ətraflı məlumat verəcəyəm. İzləmədə qalın".

K.Günəşli bir müddət əvvəl xarici görünüşündə dəyişiklik edəcəyini və plastik əməliyyat etdirəcəyini açıqlamışdı. Lakin müğənni hansı estetik əməliyyatı etdirəcəyini deməmiş və bunu gizli saxlamışdı. Bu dəfə də o, əməliyyatın növü barədə məlumat verməyib.

"Cebheinfo.az"