İraq SEPAH generalını “arzuolunmaz şəxs” elan etdi
Bu gün İraq hökuməti SEPAH-ın Qüds qanadının komandanı, general İsmayıl Qaanini "arzuolunmaz şəxs" (persona non grata) elan edib.
"Cebheinfo.az" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Fransanın ərəbdilli "Monte Carlo Doualiya" nəşri məlumat yayıb.
Bildirilib ki, qərar İran Xarici İşlər Nazirliyinə çatdırılıb. Habelə İran rəsmilərinin İraqın "Həşd-Şəbi" və digər silahlı qruplaşmalarla görüşlərinin qadağan edildiyi bildirilir.
Qeyd olunub ki, bu addımlar İraqın Baş naziri Əli əz-Zeydinin ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində atılıb.
Nəşrin məlumatına görə, Bağdad Vaşinqtonla irihəcmli hərbi və iqtisadi sazişlər imzalamağı nəzərdən keçirir.
https://t.me/FreeIranTelegram/24382?single
"Cebheinfo.az"

