Ukrayna raket çatışmazlığını ETİRAF EDİB
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat ölkədə hava hücumundan müdafiə sistemləri üçün istifadə olunan tutucu raketlərin ciddi çatışmazlığı olduğunu açıqlayıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, “Rada” televiziya kanalına müsahibəsində bu barədə danışıb. Bildirib ki, Ukraynanın hava hücumundan müdafiə imkanlarının qorunması üçün daha çox raketə ehtiyac var.
Ukrayna rəsmiləri son aylarda dəfələrlə hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatlarının azaldığını bəyan edərək, Qərb ölkələrini bu sahədə hərbi yardımı artırmağa çağırıblar.
Aişə Abdulova
“Cebheinfo.az”

