Beynindəki qurd onu dəlixanalıq etdi

Beynindəki qurd onu dəlixanalıq etdi

42 yaşlı britaniyalı qadın Hindistanda tətildən beynində 38 parazitlə qayıdıb və on il onlarla yaşayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Times of India" qəzeti yazır.

2007-ci ildə Louri Denman Hindistana səyahətə çıxıb və bu səfər zamanı vegetarian pəhrizinə əməl edib. Bundan sonra o, dörd il özünü yaxşı hiss edib. Yalnız 2011-ci ildə bədənində bir metrdən çox uzunluğunda lent qurdunun olduğu akarlanıb. Həkimlər onu müalicə edib və sağlam olduğunu bildiriblər.

Lakin parazit yumurtaları artıq beyninə yayılıb. Tezliklə o, dözülməz baş ağrılarından, ardınca isə qəfil epileptik tutmadan əziyyət çəkməyə başlayıb.

MRT müayinəsi zamanı onun beyin strukturlarında 38 donuz ətili lent qurdu sürfəsi aşkar edilib ki, bu da sinir sistemində kistaların inkişafına səbəb olub. Bu nadir xəstəlik neyrosistiserkoz kimi tanınır. Çirklənmiş əllər və ya qida vasitəsilə ötürülə bilər.

Müalicə xəstəlikdən daha pis nəticələnib. Aqressiv antiparazitar dərmanlar və steroidlər beyin şişlərinə səbəb olub və kimyaterapiya dərmanı metotreksat onun bədənini tükəndirib. Bu, panik ataklara, paranoyaya və psixoza səbəb olub. 

Nəticədə Denmanın 2016-cı ildə psixiatrik xəstəxanaya yerləşdirilib.

Yalnız 2017-ci ildə tutmalar dayanıb və parazitlər beyində kalsifikasiya şəklində mövcud olsalar da, artıq həyati təhlükə yaratmayıb. İndi qadın "38 Parazit" podkastına aparıcılıq edir və xəstəlik haqqında maarifləndirici seriya üçün 25.000 funt-sterlinq toplamaq və digər səyahətçiləri gizli təhlükələr barədə xəbərdar etmək ümidi ilə çalışır.

Xəzər

"Cebheinfo.az"