Azərbaycan ÜƏMT-in Assambleyalarının sessiyasında təmsil olunacaq
Azərbaycan İsveçrənin Cenevrə şəhərində 7–15 iyul tarixlərində keçiriləcək Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyasında təmsil olunacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən bildirilib.
Sessiyada Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn və fiziki formatlarda iştirak edəcək.
Assambleyanın ümumi müzakirələri çərçivəsində Kamran İmanovun onlayn formatda çıxışı nəzərdə tutulur.
"Cebheinfo.az"

