Məşhur müğənni həyatını ekranlaşdırır?
Amerikalı müğənni Teylor Svift ilə Amerika futbolu ulduzu Trevis Kelsi toylarının bütün mərhələlərini əhatə edən sənədli film hazırlatdırır.
“Cebheinfo.az” xəbər verir ki, iddialara görə, təxminən min qonağın iştirak etdiyi möhtəşəm toy mərasimi boyunca çəkiliş qrupları cütlüyü addım-addım izləyib.
Hazırlıq prosesindən toy gününədək lentə alınan görüntülərdən hazırlanacaq sənədli filmin qonaqlara təşəkkür hədiyyəsi kimi təqdim ediləcəyi bildirilir.
Toyda iştirak edən Disney və media sektorunun yüksək vəzifəli nümayəndələrinin də layihə ilə bağlı iddiaları gücləndirdiyi qeyd olunur. Lakin cütlük bu barədə hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, 36 yaşlı müğənni daha əvvəl "Eras Tour" konsert turnesi haqqında da sənədli film çəkdirmişdi.
Cütlüyün ötən gün Nyu-Yorkdakı "Madison Square Garden" arenasını bağlatdıraraq evləndiyi bildirilsə də, toydan hələlik rəsmi fotolar paylaşılmayıb.
"ABŞ-nin kral toyu" adlandırılan mərasimdən görüntülərin eksklüziv yayımlanmaq üçün hər hansı media qurumuna satıldığı ehtimal edilir.
Əfsanə
“Cebheinfo.az”

