Dəhşətli cinayət: 4 yaşlı övladını öldürüb yedi
Avstraliyanın Vayonq şəhərində dörd yaşlı uşağın ölümü ilə bağlı aparılan istintaq zamanı ortaya çıxan hannibalizm (insan əti yemə) iddiaları ölkədə böyük rezonans doğurub.
“Cebheinfo.az” xəbər verir ki, polis uşağın qol nahiyəsində aşkar edilən ağır xəsarətləri nəzərə alaraq, hadisə zamanı insan ətinin yeyilməsi ehtimalını da araşdırır.
Dörd yaşlı uşağın meyiti 32 yaşlı anasının polis bölməsinə gedərək hadisə yerinin ünvanını bildirməsindən sonra yaşadıqları evdə aşkarlanıb.
Qətldə təqsirləndirilərək saxlanılan qadın məhkəmənin ilk iclasında iştirak etməyib.
Polis cinayət yerini "tamamilə dəhşətli mənzərə" kimi qiymətləndirib.
Uşağın ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının və meyitin yarılmasının nəticələrindən sonra müəyyən ediləcək.
İstintaq çərçivəsində məlum olub ki, qadın daha əvvəl də polis qeydiyyatında olub.
Əfsanə
"Cebheinfo.az"

