"Yaşıl enerji ilə təmiz gələcəyə doğru" maarifləndirmə tədbirlərinin təşkili layihəsinin icrasına başlanıb
Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi "Yaşıl enerji ilə təmiz gələcəyə doğru maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb. Layihə fəaliyyətləri çərçivəsində maarifləndirmə tədbiri 2026-cı il iyulun 3-də Neftçala rayonunda keçirilib. İctimai Birliyin sədri Tarverdi Hüseynov bildirib ki, layihənin fəaliyyətləri çərçivəsində keçirilən ilk təlim “Azərbaycanda yaşıl(bərpaolunan) enerjinin böyük potensialı və ilk uğurlu nəticələri” olub.
Layihənin məqsədi yaşıl enerjiyə marağın artırılması, ətraf mühitin qorunması, emissiyaları yaradan amillərin aradan qaldırılması üçün davranış dəyişikliyinin təmin olunması və kənd təsərrüfatı sahələrində yaşıl enerjidən istifadənin tətbiqi barədə təbliğatın aparılmasıdır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
"Cebheinfo.az"

