Sarkisyanın İrəvanın ən bahalı səmtindəki iqamətgahları da əlindən alınır
Ermənistanda məhkəmə prokurorluğun sabiq prezident Serj Sarkisyanın və onunla əlaqəli şəxslərin əmlakının müsadirə olunması ilə bağlı iddiasını qismən təmin edib.
“Cebheinfo.az” xəbər verir ki, qərarı təfərrüatı məlum oub.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Serj Sarkisyanın yüz milyonlarla dram dəyərində əmlakı və nağd pulu müsadirə ediləcək.
İyulun 3-də məhkəmə prokurorluğun Sarkisyanın və onunla əlaqəli şəxslərin əmlakının müsadirə edilməsi ilə bağlı iddiasını qismən təmin edib.
Məhkəmənin qərarına əsasən, İrvanın Teryan küçəsindəki mənzilin 38%-i, dayanacaq yeri və eyni ünvanda yerləşən başqa bir dayanacaq yerindəki 38% pay, 203 milyon dramlıq bank əmanətləri, 74,7 milyon dramlıq faizləri və 352,4 milyon dram nağd pul müsadirə olunmalıdır.
Əvvəl bildirilmişdi ki,
Müsadirə olunmalı nağd pulun ümumi dəyəri daşınmaz əmlak payları istisna olmaqla, təxminən 630 milyon dram (təxminən 1,7 milyon dollar) təşkil edir.
Bundan əvvəl Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi keçmiş prezidentin qardaşı qızı Ani Sarkisyanın “Areni” kiçik su elektrik stansiyasının 1,8 milyon dollardan çox dəyərində səhmlərinin, eləcə də təxminən 900 min dollar məbləğində nağd pulun müsadirə edilməsi barədə qərar çıxarmışdı.
Xəzər
“Cebheinfo.az”

