Paşinyan rəqibinin evindəki aslanı “ovladı”

Paşinyan rəqibinin evindəki aslanı “ovladı”

“Çiçəklənən Ermənistan” Partiyasının sədri, iş adamı Qaqik Tsarukyanın şəxsi iqamətgahında saxlanılan aslanlar İrəvan Zooparkına köçürülüb.

“Cebheinfo.az”ın “Armenpress”-ə istinadən məlumatına görə, “Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi İveta Tonoyan bu barədə danışıb.

O qeyd edib ki, Tsarukyanın qəbul evində aparılan axtarışlar zamanı orada saxlanılan heyvanlar da evtanaziya edilərək zooparka aparılıb. Mətbuat katibinin sözlərinə görə, onlar daha yaxşı şəraitdə saxlanılıb. Heyvanlar Təbiəti Mühafizə Müfəttişliyinin əməkdaşları tərəfindən evtanaziya edilib.

İrəvan Bələdiyyəsi də mətbuat açıqlaması yayıb və araşdırmadan sonra bələdiyyənin tələbi ilə şəxsi iqamətgahda saxlanılan heyvanların İrəvan Zooparkına köçürüldüyünü bildirib. Qeyd edilib ki, heyvanlar mütəxəssislərin nəzarəti və qayğısı altında olacaq.

Bələdiyyə  daşınan heyvanların şir olduğunu göstərən video yayımlayıb.Hüquq-mühafizə orqanları 6 iyul səhər tezdən Qaqik Tsarukyanın malikanəsində və ona məxsus təxminən 70 digər ünvanda axtarış aparmağa başlayıb. 

Daha sonra İstintaq Komitəsi Qaqik Tsarukyanın külli miqdarda fırıldaqçılıq və “çirkli pul”ların yuyulması ittihamları ilə həbs olunduğunu açıqlayıb.

Xəzər
“Cebheinfo.az”