Ankarada bir ilk: NATO Zirvəsi belə başladı - FOTOLAR

Ankarada bir ilk: NATO Zirvəsi belə başladı - FOTOLAR

Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü rəsmi olaraq alyansın tarixində ilklə başlayıb.  

Belə ki, Forum ilk dəfə keçirilən "Müdafiə Sənayesi Forumu" ilə başlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Forum transatlantik müdafiə istehsalı və əlaqəli investisiyalara yönələcək. Müdafiə Sənayesi Forumu, NATO tarixində ən əhatəli sənaye tədbiri olacaq.

Əvvəlki NATO zirvələrində görünməmiş bir addım olan müdafiə sənayesinin birbaşa rəsmi gündəm maddəsi olması Ankara zirvəsinin ən diqqətəlayiq yeniliklərindən biri kimi qeydə alınıb. 

NATO dövlət və hökumət başçıları da 8 iyulda Prezident Sarayında görüşəcəklər. NATO müdafiə və xarici işlər nazirlərinin qatıldığı tədbirlər bu gün Prezident Sarayında keçiriləcək. 

Son 3-4 ildə NATO-nun əlavə tədbiri olaraq hazırlanmış Müdafiə Sənayesi Forumu, sammitin rəsmi proqramı çərçivəsində ilk dəfə Türkiyədə keçirilir. 

NATO-nun paylaşdığı proqrama əsasən, mühüm bir açıqlamanın veriləcəyi Forumda vitse-prezident Cevdet Yılmaz, Milli Müdafiə Naziri Yaşar Güler və NATO-nun baş katibi Mark Ruttenin çıxışları olacaq. 

Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də müdafiə sənayesi ilə bağlı müxtəlif sessiyaların keçiriləcəyi Forum çərçivəsində açıqlamalar verəcəklər.

NATO-nun baş katibi Rutte müdafiə sənayesi istehsalının artırılmasının Forumun ən vacib mövzularından biri olacağını bildirmişdi.

Xəzər
“Cebheinfo.az”