Tramp Ankaraya Ərdoğana hörmətsizlik etməmək üçün GEDİR

Tramp Ankaraya Ərdoğana hörmətsizlik etməmək üçün GEDİR

“ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankara sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq qatılıb”.

"Cebheinfo.az” xəbər verir ki, bunu CNN yazıb.

“Tramp əvvəllər Türkiyə liderini dost hesab etdiyini bildirmişdi. Ancaq indi mənbə bildirib ki, ABŞ Prezidenti və komandasının üzvlərinə sammitdə iştirakdan imtina etməyin Ərdoğana hörmətsizlik əlaməti olacağı barədə deyilib”,-deyə CNN yazır.

Lakin Amerika lideri əvvəlcə müttəfiqləri ilə görüşməyə şübhə ilə yanaşıb, onların çoxunun İranla müharibədə ABŞ-ni dəstəkləməməsindən narazı qalıb. Buna görə də CNN mənbələri "prezidentin pis əhval-ruhiyyəsini nəzərə alaraq" sammitin rahat keçəcəyinə əmin deyillər.

Xatırladaq ki, Trampın bu gün  Ankaraya gedəcəyi gözlənilir. Türkiyə tərəfi onun üçün ən yüksək səviyyədə rəsmi mərasim hazırlayıb. Ərdoğan və Trampın danışıqlardan sonra ayrıca mətbuat konfransı keçirəcəyi gözlənilir.

Xəzər
“Cebheinfo.az”