Yumurta yenidən 1 qəpik olacaq?
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə marketlərdə broyler yumurtasının qiymətinin 3-4 qəpik arasında dəyişməsi, bəzi hallarda isə 1 qəpiyə təklif olunması istehlakçılar tərəfindən təəccüblə qarşılanmışdı.
Nəticədə vətəndaşlar ucuz qiymətə olan yumurtadan çox sayda almağa başladı. Müvafiq qurumlar isə yumurtanın qiymətinin kəskin şəkildə ucuzlaşmasını müxtəlif amillərlə izah edirdilər ki, bu səbəblər arasında ixracın dayanması, mövsümlə bağlı toyuqların daha çox yumurta istehsal etməsi göstərilirdi.
Ancaq son günlər marketlərdə 1 qəpiyə yumurta tapmaq mümkün deyil. Yəni yumurta yenə əvvəlki qiymətə satılır. 1 qəpiyə olan yumurtanın satışı niyə başa dayanıb?
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, yumurtanın qiymətinin düşməsi kampaniya xarakterli idi və o da bir gün oldu:
“Ondan sonra da qiymət əvvəlki qiymətdir. Həm ixracın dayanması, mövsümlə bağlı toyuqların daha çox yumurta istehsal etməsi həmin dövrə təsadüf etdi. Bir günlük kampaniya idi və bu da başa çatdı”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

