Donald Trampla Ərdoğan mətbuata bəyanatla çıxış etdilər

Donald Trampla Ərdoğan mətbuata bəyanatla çıxış etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp NATO Liderlər Zirvəsi çərçivəsində keçirilən ikitərəfli görüşdən əvvəl mətbuata açıqlamalar veriblər.

“Cebheinfo.az” “Haber7.com”-a istinadən xəbər verir ki, Ərdoğan çıxışında NATO Liderlər Zirvəsinin Türkiyədə keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib:

“Bu səfərin bizim üçün nə qədər vacib olduğunu xüsusilə qeyd etmək istəyirəm. NATO Liderlər Zirvəsinin ölkəmizdə keçirilməsi, liderlərin burada bir araya gəlməsi və hörmətli dostum cənab Trampla görüşümüz münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcək”.

Donald Tramp isə canlı yayım zamanı Ərdoğana müraciətlə deyib:

“Biz çox yaxşı dostuq. Siz böyük lidersiniz və sizə hörmət edirəm”.

Jurnalistlərin Türkiyənin “F-35” qırıcılarını alıb-almayacağı ilə bağlı sualını cavablandıran Tramp isə bunu bildirib:

“Bu məsələni mütləq nəzərdən keçirəcəyik. “F-35”-lərlə bağlı qərar verəcəyik”.

Aişə Abdulova
“Cebheinfo.az”