Hacı Surxaydan Rafael Fiziyevə xüsusi hədiyyə - VİDEO
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli UFC döyüşçüsü Rafael Fiziyevlə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, görüş zamanı Hacı Surxay Məmmədli UFC turnirində qazandığı uğurlu çıxış münasibətilə Rafael Fiziyevi təbrik edib və ona xüsusi hədiyyə təqdim edib.
Din xadimi USF çempionuna idmançıya üzük hədiyyə edərək onun gələcək karyerasında da yeni nailiyyətlər qazanmasını arzulayıb.
R.Fiziyev son UFC turnirində inamlı qələbə qazanaraq azarkeşlərinin rəğbətini qazanmışdı.
"Cebheinfo.az"

