Tramp Türkiyəni boşuna tərifləmir: NATO-nun ən güclü orduları

Tramp Türkiyəni boşuna tərifləmir: NATO-nun ən güclü orduları

ABŞ-nin "Global Firepower" təşkilatı 2026-cı il üzrə NATO ölkələrinin hərbi güc reytinqini açıqlayıb. 

Son illərdə yerli müdafiə sənayesinə yatırımlarını əhəmiyyətli dərəcədə artıran Türkiyə 32 üzv dövlət arasında bir sıra aparıcı ölkələri geridə qoyaraq 4-cü pillədə qərarlaşıb.

“Cebheinfo.az” "haber7.com"-a istinadən xəbər verir ki, reytinq Türkiyənin hərbi potensialının və müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə də diqqət çəkdiyini göstərir. 

Bu nəticə fonunda ABŞ Prezidenti Donald Trampın son dövrlərdə Türkiyə ilə bağlı səsləndirdiyi müsbət fikirlər də yenidən gündəmə gəlib.

Türkiyənin reytinqdə yüksəlməsində yerli müdafiə sənayesi layihələri və texnoloji investisiyalar mühüm rol oynayıb. Qiymətləndirməyə əsasən, Türkiyə NATO-ya üzv 32 ölkə arasında 4-cü yeri tutaraq hərbi çəkindiricilik gücünü bir daha təsdiqləyib.

Qeyd edək ki, bu uğurun əsas səbəbləri kimi yerli istehsal pilotsuz uçuş aparatları, zirehli döyüş texnikası platformaları və Hərbi Dəniz Qüvvələrində həyata keçirilən genişmiqyaslı modernləşmə layihələri göstərilir.

Məhz bu addımlar Türkiyənin hərbi imkanlarını gücləndirərək onu NATO-nun ən güclü orduları sırasında ön sıralara çıxarıb.

Aişə Abdulova
“Cebheinfo.az”