Tramp Ankarada Meloni ilə münasibətdən danışdı: “Onu sevirəm”
ABŞ Prezidenti Donald Tramp Beştəpədəki Prezident Sarayında Prezident Ərdoğanla görüşü zamanı ondan mübahisə etdiyi İtaliya Baş naziri Giorgia Meloni haqqında soruşulub.
“Cebheinfo.az” xəbər verir ki, Tramp bu barədə danışarkən, "Düşünürəm ki, o, həqiqətən də gözəl insandır. İran məsələsində bizə kömək etməkdən imtina etdiyi üçün münasibətlərimiz bir az pisləşib. Bu, münasibətlərimizi bir az gərginləşdirdi, amma mən onu bəyənirəm",- deyib.
NATO Zirvə Görüşü üçün Ankaraya gedən ABŞ Prezidenti Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Sarayında rəsmi olaraq qarşılanıb. Mərasimdən sonra iki lider arasında Beştəpədə vacib görüş başlayıb.
Görüşdən əvvəl Tramp mətbuatın suallarını cavablandıraraq İtaliya Baş naziri Giorgia Meloni haqqında diqqətəlayiq fikirlər söyləyib.
İran məsələsində aldığı dəstəyin olmamasının münasibətlərinə təsir etdiyini bildirən Tramp
"Münasibətlərimiz bir az pisləşdi, çünki o, İran məsələsində bizə kömək etməkdən imtina etdi. Bu, münasibətlərimizi bir az gərginləşdirdi, amma mən onu sevirəm",- deyib.
Tramp xüsusilə İran böhranında İtaliya, Almaniya və Fransa kimi ölkələrin kifayət qədər dəstəyinin olmamasından narazılıq edib.
Xəzər
“Cebheinfo.az”

