Ankarada gərgin görüş: Nazirin paylaşımı hamını güldürdü
Ankarada keçirilən NATO Zirvə Toplantısında iştirak edən Yaponiyanın müdafiə naziri Koizumi Şinjiro sosial mediada ona təklif edilən suyu şama bənzədərək təəccüblü paylaşımı ilə hamını güldürüb.
“Cebheinfo.az” xəbər verir ki, nazirin "Mən əvvəllər heç vaxt belə bir şey görməmişdim" qeydi gərgin diplomatik fəaliyyətin ortasında ürəkaçan bir detala çevrilib.
Zirvə toplantısı çərçivəsində gərgin diplomatik fəaliyyət və təhlükəsizlik görüşləri arasında Yaponiya nümayəndə heyətinin Türkiyəyə xas olan detallarla qarşılaşması bəzi rəngarəng anlara səbəb olub. Ankaradakı təmasları zamanı ona təklif edilən suyun olduğu qabıb dizaynını olduqca maraqlı hesab edən nazir Şinjiro təəccübünü izləyiciləri ilə bölüşdü. Nazir ona təklif edilən bağlı su stəkanının şəklini çəkib şəxsi sosial media hesabında paylaşıb:
"Əvvəlcə bunun şam olduğunu düşündüm, amma sudur. Əvvəllər heç vaxt belə bir şey görməmişəm."
Yapon nazirin su stəkanının formasını şamla müqayisə edən paylaşımı sosial mediada tez bir zamanda geniş yayılıb və türk istifadəçiləri tərəfindən bəyənilib.
Xəzər
“Cebheinfo.az”

