Neftimiz 75 dollara satılır

Neftimiz 75 dollara satılır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,95 dollar və ya 2,65% bahalaşaraq 75,66 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 73,71 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

"Cebheinfo.az"