Bu gün “Zirə” Konfrans Liqasında oyuna çıxır

Bu gün “Zirə” Konfrans Liqasında oyuna çıxır

Bu gün Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” mübarizəyə başlayır.

"Cebheinfo.az" xəbər verir ki, Rəşad Sadıqovun komandası birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq.

Matç bu gün yerli vaxtla saat 20:00-da Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək.

8 iyul saat 20:00

“Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan)

Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)

“SOCAR Polymer Arena”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.

"Cebheinfo.az"