Gəncədə 23 yaşlı qızın meyiti tapıldı
Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"

