İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət edib.
“Cebheinfo.az” xəbər verir ki, Prezident dəvəti İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edərkən edib.
Dövlət başçısı Azərbaycanda, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.
“Cebheinfo.az”

