Suqovuşanda hadisə: Yaralılar var
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb, xeyli sayda yaralı var
"Cebheinfo.az" Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Suqovuşan ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

