Əcnəbilərlə nikahların sayı azaldı

Əcnəbilərlə nikahların sayı azaldı

İlin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 780 nikah qeydə alınıb.

"Cebheinfo.az" Report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Həmin nikahlarda Azərbaycan vətəndaşlarından 369-u qadın, 411-i isə kişi olub. 

Ötən ilin müvafiq dövründə isə 480-i qadın, 600-ü kişi olmaqla 1080 nəfər Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

"Cebheinfo.az"