NATO-nun Baş katibindən Rusiyaya XƏBƏRDARLIQ
NATO-nun Baş katibi Mark Rutte Ankara sammiti çərçivəsində Rusiyaya müraciət edərək bildirib ki, alyans öz ərazisinin hər qarışını müdafiə etmək əzmindədir.
“Cebheinfo.az” xarici mediaya istinadən xənər verir ki, Mark Rutte qeyd edib ki, NATO heç bir ölkəyə hücum etmək niyyətində deyil və əsas məqsədi üzv dövlətlərin təhlükəsizliyini təmin etməkdir:
“Bu ittifaq öz ərazisinin hər qarışını müdafiə edəcək. Biz heç vaxt heç kimə hücum etməyəcəyik. Biz yalnız həyat tərzimizi, demokratiyalarımızı və ərazimizi qoruyacağıq”. Baş katib əlavə edib ki, NATO güclü müdafiə siyasətinə sadiq qalır.
O, həmçinin Ankara sammitinin yekun bəyannaməsində Rusiyanın “uzunmüddətli təhdid” kimi qiymətləndiriləcəyini gözlədiyini vurğulayıb.Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov mümkün Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlama vermişdi:
“Rusiya heç vaxt Üçüncü Dünya müharibəsinə başlamayacaq. Biz öz təhlükəsizliyimizi təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyik, lakin heç vaxt Üçüncü Dünya müharibəsinə başlamayacağıq”.
Aişə Abdulova
“Cebheinfo.az”

