Taxılla dolu TIR belə yandı - VİDEO

Taxılla dolu TIR belə yandı - VİDEO

Ötən gün Oğuz rayonunda yük avtomobili yanıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayon ərazisindəki taxıl zəmisində qeydə alınıb.

Biçindən sonra taxılla yüklənmiş TIR alovlanmağa başlayıb. Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"