Həmkarı Bayramovu İordaniyaya dəvət etdi
İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu İordaniyaya səfərə dəvət edib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Əymən Əs-Səfadi xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, II Abdullah Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyir.
"Cebheinfo.az"

