İordaniyalı nazir atəşkəsi dəstəkləyib
"Biz aqressiyaya qarşıyıq”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadin xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ABŞ-la İran arasında atəşkəsi dəstəkləyir: “Bütün gərginliklər geridə qalmalıdır ki, biz sülhdən bəhrələnə bilək. Biz Trampın planlarını həyata keçirməsini, insan hüquqlarını və beynəlxalq hüququ dəstəkləyirik. Fələstinlə bağlı da iki dövlətli həll yolunu dəstəkləyirik. Azərbaycanın da bundan sonra müstəqil Fələstinə dəstəyini davam etdirməsinə ümid edirik".
"Cebheinfo.az"

