Tbilisi hava limanı fəaliyyətini tam bərpa edib
Tbilisi Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib və adi rejimdə çalışır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə aeroportun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, sərt meteoroloji şəraitin yaratdığı texniki problemlərə görə təhlükəsizlik protokolu nəzərə alınmaqla gözləmə zonasının bir hissəsi gecə ərzində bağlanıb.
"Hazırda sərnişinlərə xidmət göstərilən bütün zonalar adi rejimdə işləyir və məhdudiyyətlər aradan qaldırılıb. Bu səbəbdən hava limanında reyslərin gecikməsi baş verməyib. Sərnişinlərdən yaranan narahatçılığa görə üzr istəyirik", - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Tbilisidə yağan güclü leysan səbəbindən aeroportun bir hissəsinə su sızıb, gözləmə zonasında təhlükəsizlik baxımından elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
"Cebheinfo.az"

