"Sabah"ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu
"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.
Azərbaycan çempionu A qrupunda Türkiyənin "Trabzonspor", Fransanın "Nanter 92", Litvanın "Ritas" klubları ilə üz-üzə gələcək.
Xatırladaq ki, əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrupun qalibi birbaşa ən güclü "16-lığ"a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən "play-in" mərhələsində üz-üzə gələcəklər.
"Cebheinfo.az"

