Sabunçuda ər-arvadın meyitləri evdə tapıldı
Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb.
"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala görə, qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

