İnfarkt və insultdan necə qorunmalı?
"Solgar" şirkətinin sağlam qidalanma üzrə eksperti Olqa Kondratenko bu yay rusiyalılara infarkt və insultdan qorunmaq üçün beş məsləhət verib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, ekspert bununla bağlı tövsiyələrini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
O qeyd edib ki, kifayət qədər su qəbulunu qorumaq vacibdir:
“İlk öncə, bədən çəkisinin hər kiloqramına 40 millilitr su içmək. İkincisi, balanslı qidalanmaya riayət etmək vacibdir. Yay pəhrizində bol miqdarda protein və meyvə olmalıdır, trans yağları və karbohidratları isə məhdudlaşdırmaq lazımdır”.
Eyni zamanda, mütəxəssis təbii parçalardan hazırlanmış geniş geyim geyinməyi tövsiyə edib.
Onun sonuncu məsləhəti ən isti saatlarda həddindən artıq istiləşmədən və fiziki gücdən qaçınmaq olub. Nəhayət, Kondratenko qan təzyiqini izləməyi, xroniki xəstəliklər üçün dərman qəbul etməyi və hər hansı bir ürək-damar problemi yaranarsa, dərhal kardioloqa müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, kardioloq Devid Min əvvəllər yüksək təzyiq üçün hansı meyvələrin ən faydalı olduğunu müzakirə etmişdi.
O, bu problemi olanlara alma və portağal tövsiyə etmişdi.
Aişə Abdulova
“Cebheinfo.az”

