Müharibə yenidən başlayır? - Qalibafdan kritik AÇIQLAMA

Müharibə yenidən başlayır? - Qalibafdan kritik AÇIQLAMA

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ı bu yaxınlarda imzalanmış 14 maddəlik ikitərəfli anlaşma memorandumunu pozduğuna görə sərt şəkildə qınayıb.

Spiker Vaşinqtonu zorakılıq və şantaj dövrünün bitdiyi barədə xəbərdar edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Qalibaf bu barədə sosial media paylaşımında qeyd edib. 

O, ABŞ-nin qanun pozuntularına yol verdiyini bildirib. Qalibaf Vaşinqtonun çıxılmaz vəziyyətə düşdüyünü yazıb və İranın təzyiq altında geri çəkilməyəcəyini, yaxud güzəştə getməyəcəyini vurğulayıb.

Parlament sədri ABŞ ilə 14 maddəlik Anlaşma Memorandumuna zidd olaraq Hörmüz boğazında İran dəniz müqavilələrinin pozulduğunu, davamlı olaraq hərbi hücumlarla hədələməyə yol verildiyini deyib.

Bundan başqa, ABŞ-nin İranın cənub bölgələrinə birbaşa hücumları, neft sanksiyalarının bərpasını və İsrailin Livana qarşı davam edən hücumlarına dəstək verməsini razılaşmanın pozulması kimi qiymətləndirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”