Rusiyada miqrant uşaqları ilə bağlı bu qanun qəbul edildi

Rusiyada miqrant uşaqları ilə bağlı bu qanun qəbul edildi

Dövlət Duması yetkinlik yaşına çatmış miqrant işçilərin uşaqlarının 30 gün ərzində Rusiyanı tərk etmələrini tələb edən qanun qəbul edib. 

“Cebheinfo.az”-ın məlumatlna görə, yetkinlik yaşına çatmış xarici vətəndaş, qalmaq və ya yaşamaq üçün başqa qanuni əsasları olmadığı təqdirdə, Rusiyanı 30 gün ərzində tərk etməlidir. 

Alternativ kimi eyni müddət ərzində xüsusi patent üçün ərizə təqdim etmək və fərdi gəlir vergisinin əvvəlcədən ödənişini təmin etmək təklif olunur.

Bundan başqa, qanun xarici işçilərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının patentləri ləğv edildikdə, yaxud yenilənmədikdə Rusiya ərazisini 15 gün ərzində tərk etmələri tələb olunur.

Müşfiq Abdulla 
“Cebheinfo.az”